Zəmanət
  • Zəmanət satış tarixindən (zəmanət talonunda göstərilmiş) başlayan zəmanət müddəti (bütün NEXUS məhsullarına 2 ildigər istehsalçıların məhsullarına 1 il) ərzində etibarlıdır.

  • Zəmanət müddəti ərzində məmulat sıradan çıxdığı halda zəmanət talonunun sahibi 30 gün ərzində pulsuz təmirə, təmir mümküm olmadığı halda məmulatın pulsuz dəyişdirilməsinə hüququ var.

  • Sıradan çıxmış məmulat əmtəə görünüşün saxlanılması və orijinal qablaşdırmanın olduğu halda dəyişdirilir.

  • Zəmanət talonu itirildikdə və ya blomblar pozulduqda pulsuz təmirə və dəyişdirilməyə olan hüquqlar ləğv olunur.

  • Zəmanət öhdəlikləri məmulat istehlakçının təqsiri üzündən sıradan çıxdığı halda və ya his izləri, mexaniki zədələr olduqda və ya cərəyan kabelinin xarab olması halda; məmulat kimyəvi maddələrin təsirinə, müstəqil təmirə və ya düzgün olmayan istismara məruz qaldığı halda; keyfiyyətsiz və ya düzgün olmayan elektrik enerjisi ilə təchiz etmə nəticəsində etibarsız hesab edilir. Həmçinin cihazların elektrik enerjisi ilə təchizetmə bloklarına, noutbukların və fərdi kompüterlərin daim fiziki təsiri altında olan hissələrə (klaviatura, maus, noutbukların taçpədi) zəmanət verilmir.

  • Seriya nömrəsi zəmanət talonunda göstərilmiş nömrə ilə uyğun olmayan məmulatlara zəmanət etibarsızdır.

  • Proqram təminatına zəmanət verilmir.

  • Məlumat verilmiş qüsurlar haqqında texniki şöbənin qərarı qətidir.
     

Texniki Servisin ünvanı:

Naxçıvan şəhəri, Atatürk küçəsi 22
(Ali Məhkəmənin qarşısı).

E-məktub: info@hbnexus.com

Telefonlar:   40-02-40   (050) 787-97-57