Haqqımızda

        2005-ci ildə əsası qoyulmuş, Naxçıvan MR`in aparıcı kompüter firmalarından biri olan “HB Kompüter” firması özünü sizə təqdim etməklə çox məmnun olur.
        Firmanın şəxsi heyəti qarşısına hərənin öz sahəsində xidmətin ən yüksək səviyyədə göstərilməsini məqsəd qoymuşdur. Firmanın əməkdaşları bizim əsas tərəfdaşlarımız tərəfindən xüsusi hazırlıq kursları keçmiş və mütəxəssislərimiz iri müəssisələrin ən çətin İT problemini həll etməyə qadirdirlər. Onların tərtib etdiyi və həyata keçirdiyi biznes-məhsul layihələr ən tələbkar müştəriləri belə məmnun etmişlər.
       17 İyul 2007-ci ildən NEXUS firmasının Rəsmi Dilerliyi alınmışdır.
        26 Yanvar 2008 tarixindən isə Naxçıvan MR üzrə Rəsmi Distributoru seçilmişdir.
       NEXUS şirkəti noutbuk və fərdi kompüterlər, güclü serverlər, LCD monitor və televizorlar və aksessuarların ən dinamik inkişaf edən tədarükçülərindən biridir.
Şirkətin baş ofisi və istehsal-konstruktor mərkəzləri Azərbaycanda yerləşir. NEXUS şirkətinin nümayəndəlikləri Mərkəzi Asiya və Qazaxstanda fəaliyyət göstərir.
NEXUS şirkəti yüksək keyfiyyətli məhsul və xidmətlərin təqdim edilməsi yolu ilə müştərilərinin tələblərinə cavab verilməsinin səviyyəsinin daimi qaldırılmasını öz işində əsas prinsipi kimi seçmişdir. Bu prinsip ISO 9001:2000 beynəlxalq standartının tələblərinə uyğunluq üzrə sertifikatlaşdırlımış Keyfiyyət Menecment Sisteminin işlənib hazırlanması və tətbiq edilməsi yolu ilə reallaşdırılmışdır. İstehsal aparat təminatının aparıcı istehsalçıların yüksək keyfiyyətli komplektləşdirici hissələrinin əsasında həyata keçirilir. Bütün məhsullar ISO 9001:2000 standartının tələblərinə cavab verən keyfiyyət menecment sistemində qoyulmuş nəzarətin altında istehsal edilir.
         HB Kompüter firmasının fəaliyyət dairəsi aşağıdakı Əsas Sahələrdə cəmlənib:
1. Evdə və İşdə istifadə üçün kompüter avadanlığı (printerlər, skanerlər, surətçıxartma avadanlığı, fasiləsiz qida blokları -UPS, fakslar, modemlər və s.)
2. Biznes–məsul həllərin tətbiqi
3. Proqram Təminatı həlləri
4. Kəsintisiz enerji təchizatı həlləri
5. Şəbəkələrin Təşkili və Strukturlu Kabelləmə
6. İnternet Həlləri
7. Sayt Dizaynı və Domen/Hostinqlərin satışı.
8. Satışdan sonrakı Xidmət